525.Az

FHN: Ötən sutka 37 yanğına çıxış olub


 

FHN: Ötən sutka 37 yanğına çıxış olub<b style="color:red"></b>

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

525.az-a bu barədə FHN-in mətbiat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, yanğın zamanı 5-i azyaşlı olmaqla 11 nəfər təxliyə olunub, 2 nəfərin meyiti təhvil verilib.

 





22.01.2025    çap et  çap et