525.Az

AMB inflyasiya proqnozlarını yeniləyib


 

AMB inflyasiya proqnozlarını yeniləyib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlara görə, illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağı gözlənilir.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

"Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl AMB bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı.

 





22.01.2025    çap et  çap et