525.Az

Pələnglərə görə bu şəhərdə xüsusi rejim tətbiq edilib


 

Pələnglərə görə bu şəhərdə xüsusi rejim tətbiq edilib<b style="color:red"></b>

Rusiyanın Primorsk vilayətinin Dalnereçensk şəhərində bu gündən etibarən xüsusi rejim tətbiq edilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb bölgələ Amur pələnglərinin insanlara hücum riskinin artmasıdır.

Bu məqsədlə operativ qərərgah yaradılıb. Bundan başqa şəhər ətrafında xüsusi hazırlığı olan insanlar patrul çəkir. Həmçinin, orta məktəblərdə dərslər təxirə salınıb.

Qeyd edək ki, Dalnereçensk pələnglərin ən çox təşrif buyurduqları yaşayış məntəqələrindən biridir. Bir neçə gün əvvəl pələnglərin şəhər ətrafında bir neçə iti parçaladığı məlumdur. Yanvarın 14-də isə vəhşi pişik 2 balıqçıya hücum etmiş, onlardan birini parçalamışdı.

L.Tağıyeva

 





22.01.2025    çap et  çap et