525.Az

Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib


 

Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib<b style="color:red"></b>

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən qəbul edilib.

525.az APA-ya istinadən xəbər verir ki, söhbət zamanı iki ölkə arasında daxili işlər orqanları vasitəsilə qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub.

Hər iki tərəf Azərbaycan və Rusiya arasında beynəlxalq terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahələrində, o cümlədən transsərhəd əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

 





22.01.2025    çap et  çap et