525.Az

Almatıda güclü qar 30-dan çox reysin ləğvi və gecikməsinə səbəb olub


 

Almatıda güclü qar 30-dan çox reysin ləğvi və gecikməsinə səbəb olub<b style="color:red"></b>

Güclü qar Qazaxıstanın Almatı hava limanında 30-dan çox reysin ləğv edilməsinə və gecikməsinə səbəb olub.

525.az “Report”  a istinadən xəbər verir ki, bu barədə TASS hava limanının onlayn tablosuna istinadən məlumat yayıb.

"Hava şəraitinin pisləşməsi ilə əlaqədar aeroportun istehsalat xidmətləri gücləndirilmiş rejimdə işləyir”, - məlumatda qeyd olunur.

Hava limanı xidmətləri aviareyslərlə bağlı gecikmələri minimuma endirmək üçün bütün zəruri tədbirləri görür.

 





22.01.2025    çap et  çap et