525.Az

Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib


 

Elm və təhsil nazirinin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 24-də Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən 525.az-a bildirilib ki, vətəndaş qəbulu yanvarın 31-də keçiriləcək. Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub.

Qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Sevinc Qarayeva 

 





23.01.2025    çap et  çap et