525.Az

Tacikistan beynəlxalq terrorizm və ekstremizmlə mübarizəyə xüsusi önəm verəcək - Səfir


 

Tacikistan beynəlxalq terrorizm və ekstremizmlə mübarizəyə xüsusi önəm verəcək - <b style="color:red">Səfir</b>

Təhlükəsizliyin təmin edilməsi, çağırış və təhdidlərə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə, radikal ideyaların güclənməsinə, transmilli cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və insan alverinə qarşı mübarizə məsələləri Tacikistanın sədrliyinin prioritet istiqamətləri arasında qalacaq.

525.az xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon ölkəsinin 2025-ci ildə MDB sədliriyinə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bu kontekstdə sədrlik MDB-nin Antiterror Mərkəzinin və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Koordinasiya Bürosunun fəaliyyətini Birliyin xarici sərhədlərinin yuxarıda qeyd olunan təhdidlərdən mühafizəsi məsələsinə yönəldəcək.

Pərvanə Sultanova

 

 





23.01.2025    çap et  çap et