525.Az

Tramp Putinlə "sərt” danışıqlara başlayıb -The Hill


 

Tramp Putinlə "sərt” danışıqlara başlayıb -The Hill<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukraynadakı münaqişəyə son qoymaq üçün “sərt” danışıqlara başlayıb.

525.az xəbər verir ki, bu barədə The Hill nəşri yazıb.

Qeyd olunub ki, prezident Tramp vəzifədə olduğu ilk günlərdə Rusiya prezidenti Vladimir Putinə qarşı tənqidləri gücləndirir, onu Ukraynadakı münaqişəni sona çatdıracaq razılaşma üçün danışıqlar masasına oturmağa məcbur etməyə çalışır.

Müəlliflərinin fikrincə, Trampın son bəyanatları onun “güc vasitəsilə sülh” siyasətinin hərbi əməliyyatların sona çatmasına gətirib çıxara biləcəyini nümayiş etdirmək cəhdidir. 

“The Hill” nəşri həmçinin yazıb ki, Trampın Rusiya və Ukrayna üzərində təsir rıçaqları yoxdur.

Pərvanə Sultanova

 





23.01.2025    çap et  çap et