525.Az

Mütəxəssislərin uşaqlarla bağlı həyəcan təbili - VİDEO


 

Mütəxəssislərin uşaqlarla bağlı həyəcan təbili - <b style="color:red">VİDEO</b>

Erkən yaş dövründə uşaqlar müəyyən bacarıqlara yiyələnir və sinir sistemi də sürətlə inkişaf edir. Elə bu səbəbdən mütəxəssislər xüsusilə həmin dövrdə uşaqların uzun müddət ekrana baxmalarının onların psixi, fiziki, və emosional sağlamlığına birbaşa təsir edən təhlükə olduğunu vurğulayır. 

Belə ki, uşaqlar müəyyən yaşa qədər ekrandan uzaq saxlanılmazsa bu onlarda diqqət dağınıqlığı, nitq ləngiməsi, yuxu pozuntusu, aqresiya kimi problemlərə yol aça bilər.

Mövzu ilə bağlı peşəkar psixoloq Elmir İsgəndərov və həkim-nevroloq Dr. İlahə Hacıyeva “525-ci kanal”a danışdı.

Nigar Abbasova

 





06.02.2025    çap et  çap et