525.Az

HƏMAS: Qəzza ilə bağlı razılaşmanın icrasının davam etdirilməsi İsrailin hərəkətlərindən asılıdır


 

HƏMAS: Qəzza ilə bağlı razılaşmanın icrasının davam etdirilməsi İsrailin hərəkətlərindən asılıdır<b style="color:red"></b>

Qəzza zolağında atəşkəs və israilli girovların fələstinli məhbuslarla mübadiləsi haqqında razılaşmanın icrasının davam etdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.

525.az “Report” s istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Qətərdəki siyasi bürosunun yüksək vəzifəli üzvü Hüsam Bədran TASS-ın müxbirinə telefonla bildirib.

"Sazişin bütün müddəaları və təfərrüatları aydındır. Problem İsrail hakimiyyətinin sazişin həyata keçirilməsi zamanı yol verdiyi pozuntu və sui-istifadə halları ilə bağlıdır", - o qeyd edib.

H.Bədran, həmçinin deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu sazişin şərtlərini yerinə yetirməkdən yayınmağa və manipulyasiya etməyə çalışır.

 





11.02.2025    çap et  çap et