525.Az

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb


 

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb<b style="color:red"></b>

Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat tədbirlərini davam etdirir.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında Qara bölgəsində keçirilən əməliyyat nəticəsində 5 PKK terrorçusu öldürülüb.

Məlumatda antiterror əməliyyatlarının davam etdirildiyi vurğulanıb.

 





12.02.2025    çap et  çap et