525.Az

Məktəbdənkənar təhsil müəssisələrində müəyyən islahatlara ehtiyac var


 

Məktəbdənkənar təhsil müəssisələrində müəyyən islahatlara ehtiyac var<b style="color:red"></b>

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apardığı monitorinqlər göstərir ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlara ehtiyac var.

525.az xəbər verir ki, bu fikirləri  Agentliyin direktoru Eşqi Bağırov səsləndirib. O, məktəbdənkənar təhsil sahəsində hüquqi və normativ bazanın yenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılması və yeni normativ sənədlərin hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib.

Sevinc Qarayeva 

 





12.02.2025    çap et  çap et