525.Az

Binəqədidə mağazalardan ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb


 

Binəqədidə mağazalardan ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb<b style="color:red"></b>

Binəqədi rayonun ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 





15.02.2025    çap et  çap et