525.Az

“Rheinmetall” Ukraynada sülhməramlıları silahlandıracağını vəd edir


 

“Rheinmetall” Ukraynada sülhməramlıları silahlandıracağını vəd edir<b style="color:red"></b>

Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynada mümkün beynəlxalq sülhməramlı missiyaya dəstək vəd edib.

525.az xəbər verir ki, bu barədə “DW” şirkətin baş direktoru Armin Papperqerə istinadən yazıb.

“Rheinmetall öz məhsullarını sülhməramlıları silahlandırmaq üçün təklif etməyə hazırdır”, - Papperqer vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, hələlik nəzəri imkanlardan danışılır və konkret müzakirələr aparılmır.

“Rheinmetall” 2000-dən çox məhsul təklif edə bilər, lakin mümkün tədarüklər üçün konkret rəqəmlər göstərilmir.

Pərvanə Sultanova

 

 





13.03.2025    çap et  çap et