525.Az

İlk dəfə milliyə çağırılmasından danışdı


 

İlk dəfə milliyə çağırılmasından danışdı<b style="color:red"></b>

“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov ilk dəfə Azərbaycan milli komandasına çağırılıb. 

QOL.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi martın 22-də Haiti, üç gün sonra Belarusla keçiriləcək yoldaşlıq oyunlarına dəvət alması barədə klubun rəsmi saytına açıqlama verib:


“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər futbolçunun arzusu millidən dəvət almasıdır. Şükürlər olsun ki, bu gün mən də milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.

 





13.03.2025    çap et  çap et