525.Az

Qrossi: İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir


 

Qrossi: İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir<b style="color:red"></b>

İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

"İranla bağlı vəziyyət AEBA-nın gündəmindədir. Ölkə malik olduğu iddialı və geniş nüvə proqramı çərçivəsində uranı demək olar ki, hərbi istifadə üçün yararlı səviyyəyə qədər zənginləşdirir. Xüsusilə Yaxın Şərqdə qeyri-sabitliyin hökm sürdüyü dövrdə AEBA-nın danışıqlardakı rolu qəti surətdə vacibdir", - o bildirib.

 





15.03.2025    çap et  çap et