525.Az

Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşdi


 

Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşdi<b style="color:red"></b>

“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər. 

Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), 1-ci Liqada Ramil Orucuv (MOİK) və 2-ci Liqada Eşqin Tağıyev ("Qusar") birinci olub. 

Qeyd: II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.

 





18.03.2025    çap et  çap et