525.Az

Azərbaycan “ExxonMobil”lə əməkdaşlığın genişləndirilməsini müzakirə edib


 

Azərbaycan “ExxonMobil”lə əməkdaşlığın genişləndirilməsini müzakirə edib<b style="color:red"></b>

Azərbaycan ABŞ-ın ən iri neft şirkətlərindən olan “ExxonMobil”lə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu barədə müzakirələr korporasiyasının vitse-prezidenti Con Ardillə görüşdə aparılıb: "Şirkətlə uzunmüddətli tərəfdaşlığımızı müzakirə etdik".

 





19.03.2025    çap et  çap et