525.Az

Ançelotti İtaliyada mükafatlandırıldı


 

Ançelotti İtaliyada mükafatlandırıldı<b style="color:red"></b>

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Qızıl skamya" mükafatına layiq görülüb.

525.az QOL.az a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi İtaliyanın Coverciano məşqçi məktəbində keçirilib. O, Madrid klubundakı uğurlarına görə bu mükafatı qazanıb.

Bundan əvvəl A seriyasında 2023/24 mövsümünün ən yaxşı məşqçisi seçilən Simone İnzaqi (“İnter”) də bu mükafata layiq görülmüşdü. 

Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Real"ı çalışdırır. O, 2013-2015-ci illərdə də Madrid klubunda çalışıb. 65 yaşlı italiyalı məşqçi həm də “Everton”, “Napoli”, “Bavariya”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus” və “Parma”nın da baş məşqçisi olub.

 





25.03.2025    çap et  çap et