525.Az

Polis əməkdaşları 5 avtomat silahı, 1 qumbara aşkar edərək götürüblər


 

Polis əməkdaşları 5 avtomat silahı, 1 qumbara aşkar edərək götürüblər<b style="color:red"></b>

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

525.az-a DİN-dən bildirilib ki, martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara aşkar edərək götürüblər.

 





28.03.2025    çap et  çap et