525.Az

Azərbaycan ümumi dövlət xidmətləri xərclərini 17 %-dən çox azaldıb


 

Azərbaycan ümumi dövlət xidmətləri xərclərini 17 %-dən çox azaldıb<b style="color:red"></b>

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində ümumi dövlət xidmətləri xərcləri 98,1 % və yaxud 1 milyard 32,3 milyon manat icra olunub.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % və yaxud 540,6 milyon manat azdır.

Hesabat dövründə ümumi dövlət xidmətləri xərcləri faktiki xərclərin 12,7 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsindən ümumi dövlət xidmətləri xərcləri üçün 5 milyard 261,7 milyon manat ayrılması nəzərə tutulub.

 





21.04.2025    çap et  çap et