525.Az

Naxçıvanda liqalara yekun vurulub


 

Naxçıvanda liqalara yekun vurulub<b style="color:red"></b>

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 7 yaş qrupu – U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqaları - üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunları keçirilib.

525.az xəbər verir ki, aprelin 2-də başlayan yarış 17 gün davam edib və aprelin 19-da seçmə mərhələyə yekun vurulub.

Əvvəlcədən də məlumat verildiyi kimi, ancaq U-13, U-14, U-15 və U-16 liqalarının qalibi Bakıda təşkil olunacaq Azərbaycan çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqdı.

Yekunda “Araz-Naxçıvan”ın U-13, U-14 və U-15 komandaları bu hüquqa sahib olub.

U-16 Liqasında isə UGİM Şərur qrup qalibi kimi pley-off-a adını yazdırıb.

Məlumat üçün qeyd edək ki, yarışlarda ümumilikdə 42 komanda iştirak edib. 5 müxtəlif stadionda 128 oyun keçirilib. Görüşləri Naxçıvan Müxtar Republikasından olan hakimlər idarə edib.

 





21.04.2025    çap et  çap et