525.Az

İspaniyada festival zamanı faciə


 

İspaniyada festival zamanı faciə<b style="color:red"></b>

Arkos de-la-Frontera şəhərində ənənəvi "Ensyerro" əyləncəli festival zamanı faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 570 kq çəkisi olan öküz tamaşaçıları qoruyan hasarı keçərək onların üzərinə hücum edib. 

Nəticədə bir neçə nəfər ciddi yaralanıb. Üstəlik, bundan bir neçə dəfə çox insan basabasda xəsarət alıb. Yaralıların dəqiq sayı bəlli deyil.

Qeyd edək ki, "Ensyerro" İspaniyada ən populyar əyləncələrdən biridir. Festivalın mənası budur ki,  insanlar şəhərin küçələrinə buraxılan öküzlərdən qaçmalıdırlar. Yeri gəlmişkən, demək olar ki, hər il festival zamanı bənzər hadisələr yaşanır, hətta ölüm halları baş verir.

L.Tağıyeva

 





21.04.2025    çap et  çap et