525.Az

Kir Starmer Roma Papasının dəfn mərasimində iştirak edəcək


 

Kir Starmer Roma Papasının dəfn mərasimində<b style="color:red"> iştirak edəcək</b>

Böyük Britaniyanın Baş naziri Kir Starmer Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək.

525.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Baş nazirə dəvət gəlib və o, mərasimdə iştirak edəcək”, - deyə xəbərdə qeyd olunub.

Qeyd edək ki, Papanın dəfn mərasimi aprel 26-da keçiriləcək. Mərasimdə ABŞ prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron və Braziliyanın dövlət başçısı Luis İnasiu Lula da Silva da daxil olmaqla bir sıra dünya liderlərinin iştirakı gözlənilir.

Fransisk Romadakı Santa-Mariya-Maccore bazilikasında dəfn ediləcək. Dərc edilmiş vəsiyyətnaməyə görə, qəbir sadə, bəzəksiz olmalıdır.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də, 88 yaşında dünyasını dəyişib.

İbrahim Cəfərov  

 





22.04.2025    çap et  çap et