525.Az

Uitkoff bu həftə Rusiyaya səfər edəcək - Ağ Ev


 

Uitkoff bu həftə Rusiyaya səfər edəcək - <b style="color:red"> Ağ Ev</b>

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Rusiyaya səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilib ki, o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“Xüsusi nümayəndə Stiven Uitkoff bu həftənin sonunda Vladimir Putinlə danışıqları davam etdirmək üçün Rusiyaya yollanacaq”, - deyə Ağ Evin katibi Kerolayn Livitt bildirib.

Qeyd edək ki, Uitkoff daha əvvəl aprelin 11-də Rusiyaya səfər edib. O, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər arasında müzakirələr 4 saatdan artıq davam edib.

İbrahim Cəfərov

 





23.04.2025    çap et  çap et