525.Az

Dini Komitənin sədri Oğuzda vətəndaşları qəbul edib


 

Dini Komitənin sədri Oğuzda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Oğuz rayonunda vətəndaşları qəbul edib.

Bu barədə 525.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda Şəki şəhəri, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Sevinc Qarayeva 

 





23.04.2025    çap et  çap et