525.Az

“Abituriyent” jurnalının 2-ci nömrəsi nəşr edilib


 

“Abituriyent” jurnalının 2-ci nömrəsi nəşr edilib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.

DİM-dən 525.az-a bildirilib ki, jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib.

Kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, http://www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür.

Sevinc Qarayeva

 





23.04.2025    çap et  çap et