525.Az

YÖK sədri BANM-in tədris imkanları barədə məlumatlandırılıb


 

YÖK sədri BANM-in tədris imkanları barədə məlumatlandırılıb<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvarla görüşüb.

BANM-dən 525.az-a bildirilib ki, görüş rektor Elmar Qasımovun Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirakı çərçivəsində keçirilib. Rektor Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq barədə məlumat verərək, BANM-də türkiyəli tələbələrin təhsilə cəlb edilməsi istiqamətində maraqlı olduqlarını və bu məqsədlə müvafiq tədbirlərin görülməkdə olduğunu diqqətə çatdırıb.

Tədbir zamanı YÖK sədri Erol Özvar, Malayziyanın ali təhsil naziri Zambry Abd Kadir, eləcə də Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin Qəyyumlar şurasının sədri professor Mustafa Aydın Bakı Ali Neft Məktəbinin stendi ilə tanış olublar.

Stenddə məktəbin tədris imkanları, beynəlxalq proqramları və əldə etdiyi nailiyyətlər təqdim olunub.

Sevinc Qarayeva

 





23.04.2025    çap et  çap et