525.Az

ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib


 

ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib<b style="color:red"></b>

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynada münaqişənin hazırkı qoşunların təmas xətti boyunca dondurulmasına çağırıb.

525.az bu barədə "Report"a istinadən xəbər verir.

C.Vens ABŞ-nin Rusiya və Ukraynaya sülh sazişi ilə bağlı "dəqiq təkliflər" verdiyini bildirib.

"Fikrimcə, son addımlardan birinə keçməyin vaxtı çatıb - döyüşlərin dayandırıldığı, mövcud cəbhə xətlərinin dondurulmasının bəyan edildiyi mərhələyə keçmək lazımdır", - o bildirib.

Vitse-prezident həmçinin vurğulayıb ki, sülhə nail olmaq üçün Ukrayna və Rusiya hazırda nəzarət etdikləri ərazilərin bir hissəsindən imtina edə bilərlər.

 





23.04.2025    çap et  çap et