525.Az

Estoniya Rusiya ilə sərhəddə yeni hərbi baza salacaq


 

Estoniya Rusiya ilə sərhəddə yeni hərbi baza salacaq<b style="color:red"></b>

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində  yeni hərbi baza salacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyinin baş qərargah rəisi, general-mayor Vahur Karus bildirib.

Məqsəd əhaliyə bu ərazidə təhlükəsizliyin tam nəzarətdə olmasını nümayiş etdirməkdir. 

Qeyd edək ki, qərargah rəisi ilkin mərhələdə bazada 200-250 hərbçinin yerləşdiriləcəyini, gələcəkdə olnların sayının artırılacağını da söyləyib.

L.Tağıyeva

 





23.04.2025    çap et  çap et