525.Az

Ramin Məmmədov Balakəndə din xadimləri ilə görüşüb


 

Ramin Məmmədov Balakəndə din xadimləri ilə görüşüb<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Balakən rayonunda yerləşən İtitala məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

525.az-a bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Dini Komitənin sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, abidələrə qayğı və diqqəti barədə danışaraq dini-etnik zəmində qlobal təhdidlərin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm məkanı kimi nümunəvi model təqdim etdiyini vurğulayıb:

"İbadət evləri insanların ibadət və dua etmələrinə xidmət etməklə yanaşı, cəmiyyətin öz dini biliklərini dərinləşdirməsinə şərait yaradır. Bu baxımdan, milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşür".

 





24.04.2025    çap et  çap et