525.Az

ABŞ-nin 14 şirkəti Bakıda keçirilmiş Kosmik Texnologiyalar Konfransına qatılıb


 

ABŞ-nin 14 şirkəti Bakıda keçirilmiş Kosmik Texnologiyalar Konfransına qatılıb<b style="color:red"></b>

ABŞ-ın 14 şirkəti aprelin 24-25-də Bakıda keçirilmiş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransında iştirak edib.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilir.

"ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara konfransda ölkəsinin şirkətlərinin nümayəndələri ilə görüşüb. ABŞ şirkətləri kosmik elmin, tədqiqatın və texnologiyanın inkişafında aparıcı rol oynayır", - deyə məlumatda qeyd olunub.

 





25.04.2025    çap et  çap et