525.Az

Gürcüstanda sərnişin qatarı alovlanıb, sərnişinlər təxliyə edilib


 

Gürcüstanda sərnişin qatarı alovlanıb, sərnişinlər təxliyə edilib<b style="color:red"></b>

Gürcüstanda Ozurgeti-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, qəzanın səbəbinin qeyri-müəyyən olduğu bildirilir.

Məlumata görə, hərəkətdə olarkən vaqonlarda elektrik enerjisi kəsilib və qatar dayanıb. Sərnişinlərdən vaqonları tərk etmələri istənilib. Sərnişinlər daha sonra tüstü müşahidə etdiklərini bildiriblər.

 





25.04.2025    çap et  çap et