525.Az

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçısı olub


 

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçısı olub<b style="color:red"></b>

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatçısı olub.

525.az xəbər verir ki, qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2:3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalını qazanıb.

 





25.04.2025    çap et  çap et