525.Az

Kaya Kallas Ermənistan prezidenti ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib


 

Kaya Kallas Ermənistan prezidenti ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib<b style="color:red"></b>

“Romada mən prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim”.

525.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

O həmçinin Cənibu Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.

“Mən Aİ-nin əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini bir daha təsdiqlədim və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda sülhün əldə olunması istiqamətində səylər barədə fikir mübadiləsi apardım.”, - diplomat bildirib.

 





26.04.2025    çap et  çap et