525.Az

Azərbaycan XİN-dən İrana BAŞSAĞLIĞI


 

Azərbaycan XİN-dən İrana <b style="color:red">BAŞSAĞLIĞI</b>

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

525.az xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb. 

 





27.04.2025    çap et  çap et