525.Az

Bakıda mənzildə yanğın olu - 2 nəfər təxliyə edilib


 

Bakıda mənzildə yanğın olu -  <b style="color:red"> 2 nəfər təxliyə edilib</b>

Bakıda mənzildə yanğın baş verib, 2 nəfər bina sakini təxliyə edilib.

525.az-a bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 paq.m mebel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





17.05.2025    çap et  çap et