525.Az

Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur


 

Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur<b style="color:red"></b>

Rusiya-Ukrayna danışıqlarının yeni raundu ilə bağlı konkret razılaşmalar yoxdur.

525.az “Report” a istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiya Prezidenti Aleksandr Stubbun gələn həftə Vatikanda iki ölkənin nümayəndə heyətləri arasında danışıqların mümkünlüyü barədə açıqlamasını jurnalistlərə şərh edərkən bildirib.

"Hələ ki növbəti görüşlərlə bağlı hər hansı bir konkret razılaşma yoxdur. Bu barədə razılığa gəlmək lazımdır. İstanbulda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində iş aparılır", - o qeyd edib.

 





22.05.2025    çap et  çap et