525.Az

Oralarda kimlər var: Allahverdi Eminov-2


 

Oralarda kimlər var: Allahverdi Eminov-2<b style="color:red"></b>

1941-ci ildə Salyan rayonunda doğulub. Dəmiryolçu ailəsində. Orta məktəbi 1955-ci ildə Lənkəran şəhərində bitirib.

1959-cu ildə indiki Pedaqoji Universitetin  tarix-filologiya fakültəsinə daxil olub,1964- ildə oranı bitirib,1965-1968 -ci tədris illərində Salyan rayonu Kərimbəyli kənd orta məktəbində çalışıb.

1968-ci ildə Azərbaycan ETPİ-nun aspiranturasına girib,1971-ci ildə tamamlayıb.1971-ci ildə dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi adını alıb.Dosentdir.

1974-76- illərdəAzərbaycan məktəbijurnalında,1976-84- illərdəAzərbaycan müəllimiqəzetində çalışıb.

2001-2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun  Salyan filialının  direktoru olub.

Müxtəlif vaxtlarda Ali Təhsil  Müəssisələrində dosent vəzifəsində çalışıb. Hazırda Bakı PMİYİ-nin dosentidir.

Əsərləri : Araşdırmalar:  Səməd Vurğunun poetikası, İsmayıl Şıxlının poetikası.

Mir Cəlalın poetikası, Musa Yaqubun  poetikası, Baba Mahmudovun musiqi fəlsəfəsi, Roman: “Payıza qədər

 

 

 - İntellektuallığınıza söz ola bilməz təkcə bir pedaqoji elmin alimi olaraq yox, həm çox geniş ədəbi zövqə geniş məlumata sahib bir ZİYALISINIZ. Ona görə icazənizlə soruşum: Sizin dünyaya göz açdığınız mənim yaşadığım Qırmızıkənd yeddiillik sonradan orta məktəb olan bir təhsil ocağını necə xatırlayırsız? Bəlkə mənimlə bağlı da bir xatirəniz var?

 

- Qiymətiniz üçün təşəkkür eləyirəm, çünki belə yanaşmalara nadir hallarda rast gəlirəm. Hər kəsin başıayılmırqayğılardan. Təəssüf, elita nümayəndələri, rəsmi titullular, qohum-əqrəbalılardır xatırlananlar.

Bəli, dünya işığına göz açdığım o kənd məktəbini dünənim kimi xatırlayıram. Məni qardaşım məktəbə gətirdi, bir sinfi göstərdi, getdim oturdum. Birdən qapı açıldı, direktor idi - Qəzənfər Quliyev - atamla dost idilər, məni görmüşdü. Uzun boylu adamdı, Salyan rayon volleybol komandasında oynamışdı... Tanıdı məni, əlimnən tutub I sinfə gətirdi, birinci partada otuzdurdu, müəllim Səfəralı Məmmədovdu.

- Bu qardaşlarla otur, - dedi. - Sakit uşaqlardır, Lətif kişinin övladlarıdır.

Mənə qıraqda yer verdilər. Bu qardaşlar Əkbər Cavad idilər. Cavad sinifdə qaldı. Mən Əkbərlə yeddi il bir partada oturdum 55 il dostluq elədik. O, dünyasını dəyişdi, mənyaddançıxdım...

 

Məktəbimiz taxtadan, 6-7 otaqdan ibarətdi. Rəhmətlik Xanış Səmədov məktəbə 40- illərdə bağlanmışdı, o, dəmiryolçu idi, bunu özü demişdi... Bir dəfə gəldim qədim məktəbimizi görüm, təzəsi tikilmişdi. olsa yaxşıdı: sökmüşdülər. Qəhərləndim. Belə görərlər? Neçə-neçə nəsli yola salan məktəbiyola verməmişdilər - yadigar qalsın!Yadına düşər: məktəbi Pışan adında it qoruyurdu. Onun əlinnən əlimizdə çörək həyətə düşə bilmirdik, qapazdayırdı. Rəngi yadımdadı... Daha sonra... Yadımda müəllimlərimiz qalıb: rus dili müəlliməmiz Mariya Pavlovna idi, kök qadındı. O vaxt kök adamı barmaqla göstərirdilər. Bizə dərs deməyən Güllər Nəzirovanı, Əzizağa Əzizovu, Məhəmməd Eminovu, Qəzənfər Quliyevi, Xeyrulla Feyzullayevi xatırlayıram. Müəllimlər volleybola üstünlük verirdilər. Abuzər Ağayevlə Qəzənfər Quliyev rəqib olurdular. Əzizağa müəllim boyca balaca idi, topu o qaldırırdı. Top gedirdi hara gəldi. Qaçıb gətirirdik fəxr eləyirdik bu xidmət üçün. Uşaqlıqdı, tez ötüb keçdi. Bu barədə Sahib İmanov haqqında yazdığım kitabda vermişəm. Səninlə bağlı irəlidə demişəm bir-iki kəlmə: Uşaqlara elə qarışmırdın başqasının təkidini qəbul eləmirdin. Ağlın kəsirdi, o idi. Sən ən çox Bahadırla oturub-dururdun. Bilirsiz, xatirələr, adətən, məktəbə gedib-gələn vaxtlar yollarda olur. Siz Ağammədli məhəlləsinə - sağa, biz Cavadlılar məhəlləsinə - sola gedirdik...

 

- Allahverdi müəllim, bayaqPedaqogikaanlayışına toxundum. Məncə, bir xeyli yan keçdik, xatirələrə bağlandı. Bu, bir. Bilirsiz, ədəbiyyatçılarla pedaqoqların sözü ayrılır o mənada ki, bu anlayışın mahiyyətinnən, fəlsəfəsinnən xəbərsizik. Hətta pedaqogikanı elm saymayanlar da yox deyil. Mümkünsə qısaca.

 

- Düzü, bu sualı fəhmən gözləyirdim. Pedaqogika bir elmdir, eramızdan əvvəl, insan cəmiyyəti yaranannan idarə olunannan zəruri faktora çevrilmişdir. Həm bir sənət kimi qəbul olunmuşdur. Bu elmin ilkdayaqlarıSokrata, Platona Aristotelə - antik filosoflara məxsusdur.Pedaqogika əlbəttə ki, fundamentallıqdan uzaqdır, lakin onun spesifik fəlsəfəsi var: Əxlaqi əhval-ovqat, mübarizlik hissləri, insana məhəbbət müdriklik aşılama vəzifəsi. Pedaqogika Sovet dönəmində itirdi: müdriklik, mərdlik təmkinlik fəzilətinnən uzaqlaşdırıldı. Halbuki hələ feodalizmdə - silki-sinfi professional-korporativ statusların ierarxiyası sistemində şəxsi azadlıq münasibətlərinin özünəməxsus piramidası idi. məqsəd bu idi: insanın əxlaqını inkişaf etdirmək yollarını axtarıb tapmaq!Pedaqogika bir mühüm istiqamət - “əxlaqi şüurundəyişməsinə cəhddir ki, bu gedişdə 3 amil diqqətdə dayanır: şərəf düzlüklə, dəb liderliyi zəka hökmranlığı ilə, nəzakət vəzifə davranışı ilə əvəzlənsin. Maarifçilər hiss elədilər ki, insanlar tədricən bir-birinnən soyuyurlar, uzaqlaşırlar, yaddaşlarda etinasızlıq sindromu formalaşır. butriada” “əxlaqi uzaqlaşmakimi səciyyələndirildi. Bu gün müstəqilik. Pedaqoqlarımız da həmçinin. Açığı, pedaqogika sahəsinə gəlmiş orta nəsil - inciməzlər - çox asan tematikalarlaoturub-dururlar”, gənc nəsli bu istiqamətə ötürürlər. Mən prosesin içindəyəm. Magistrlərim var, dəhşətə gəlirəm: Pedaqogikanı seçən bu ali təhsillilərin bu elmdən xəbərləri yoxdur. Ona görə ki, elmi rəhbərləri qazana tökübsə bişmiş halda yedizdirirlər. Məncə, magistr imtahanında ciddi dəyişiliklər aparılmalıdır. İmtahan verənlərin yaradıcılıq qabiliyyətləri, pedaqoji duyumu, yazı məntiqi, fakta münasibəti şifahilə bərabər (bunsuz da olar), yazılı ortaya qoyulmalıdır!Pedaqogika çox çətin elmdir, tətbiqi bir o qədər mürəkkəb sənətdir. Buraya axın olmamalıdır!

 

- Sizin xalanızın həyat yoldaşı Abuzər müəllim böyük bir ziyalı ədəbiyyat müəllimi olduğu üçün oranı qurtaran şagirdlərin çoxunun ədəbiyyatı humanitar sahəni seçmələrini mən təbii hesab edirəm. burada böyük rus yazarı, publisisti İnna Rudenkonun bir yazısından bir sitatı xatırladım: Bir müəllimin hökmdarlığı məsələsinə, yəni daha təsirli etkili olması məsələsinə necə baxırsınız?

 

- Həqiqətən, Abuzər Ağayev kimi həm şəxsiyyət, həm ədəbiyyat müəllimi az-az həyata gəlir. Mən dəfələrlə müəllimlər otağına girirdim, rəssamlıq işlərini mənə gördürürdülər. Bir dəfə görmədim o, ya su içir, ya da çay. Başqa kişi müəllimləri üçün belə etika ikinci dərəcəliydi... Səliqəli geyinirdi, ədəbi dildə danışırdı, ciddiydi. Direktor olanda da dəyişmədi bu estafeti şagirdi Əbdürrəhman Tanrıverdiyevə verdi.Yadımdadı, bir şagird sinif yoldaşının çörəyini yemişdi, 1953- ildi. Xəbər verdilər ona, uşaqları həyətə yığdı. Yaxşıca kötəklədi ki, görk olsun. Hərçənd, pedaqogikada bu cəza üsulu qadağandır.

Adətən, şagird müəllimini yamsılamağı, ona oxşamağı çox sevir, biz Abuzər müəllimin xəttini, jestlərini, zövqünü bəyənirdik, hətta onun qol çəkməsini ... Maraqlıdır, mən orta məktəbdə ədəbiyyatı Azərbaycan dilini üç il yarım tədris eləmişəm. Qeyri-təvazökarlıq saymayın: riyaziyyatı, fizikanı, kimyanı yaxşı bilən şagirdlərim vardı. Onlara dalbadal üç il dərs dedim, ədəbiyyata bağlandılar, filoloji fakültələrə qəbul olundular. Məsələn, sayılan, istedadlı filoloq, professor Zaman Əsgərli riyazi elmləri əla bilirdi, yaxşı mənada təsir altına düşdü, ona qarşı nəzarətimi itirmədim. Məşhur jurnalist (“Vışkada şöbə müdiridir) Səxavət Qarayev, publisist, yaxşı qələm sahibi Cəfər Cəfərli, Məhəmməd Nəcəfzadə. Sonuncu ingilis rus dilləri üzrə yaxşı tərcüməçidir başqaları. Hamısı - yaxşı, pis varsa bir xeyli qismi müəllimin üzərinə gəlir. Hər bir məzun kor-koranə müəllimliyi seçir. Sonradadınıhiss edib, uzaqlaşır. Antik filosof Fales yerində demişdir: “müəllim hazırlanmır, doğulur”.

 

- Sizə görə bizim məmləkət üçün hansı təhsil sistemi daha təsirli maraqlı ola bilər?

 

- Təhsil sistemi kompleks halda demək olar ki, eynidir, lakin hər bir dövlət öz ideologiyasına görə üstqurum rolunu oynayır, 70 il Sovet təhsil sistemi olmuşdur ən görkəmli elm, incəsənət xadimləri həmin dövrdə yetişmişdir: Yusif Məmmədəliyev, Heydər Hüseynov, Validə Tumayuq, Zərifə Əliyeva, Mikayıl Useynov, Azad Mirzəcanzadə, Zahid Xəlilov, Rafiq Əliyev... Son iyirmi ildə bu şəxsiyyətlərin yaxınlığına gələn varmı? Bunun mənim aləmimdə çox səbəbləri var: biz Şərq təhsilini yaxına buraxmırıq, gedib Qərbdə Universitetlər axtarıb tapırıq. Olsun! Dünya elminin Şərqdən çırpışdırdığını tez unutduq! Bu gün onlarda təhsil güclüdür. Biz qloballaşma, inteqrasiya anlamlarını o dərəcədə fetişləşdirmişik. Mən gələcək nəslin biz nəslə töhmətinnən qorxuram. Bugünkü təhsil sistemi yalnız uşaq beynini elmi informasiya ilə yükləməkdən ibarətdir - tərbiyəyə orada yer yoxdur! Bax, təhsildə müəyyən - qisim fəsadlar da buradan yaranır... Tofiq bəy, təsəvvür edərsiz, sənin nəvələrin məktəbə gedir: bu say çoxluğunda tədris vəsaitləri, bu qalınlıqda - həcmdə dərsliklər olar? Dünyanın hansı məmləkətində bu var? Axı, bu ağır çantanı çiynində məktəbə aparan 6-15 (yuxarı sinifləri nəzərdə tutmuram) yaşlı uşaqlardır. Bax, repititorluq artıq təhsildə ailələrdə ağır bəlaya çevrilmişdir. Ona görə uşaqlar məktəbdən soyuyurlar, qaçırlar, ancaq küçələrdə repititorların evlərinə üz tuturlar! Təhsil o deməkmidir, bütün məzunlar mütləq ali təhsil almalıdır? İş o yerə çatıb ki, məktəbin pedaqoji fəaliyyətini onun məzunlarının hansı ali məktəbə girməsilə qiymətləndirirlər. Bu meyar tamamilə yersizdir.Təhsilalma azad olmalıdır. Biz, insafən, buna yaxınlaşırıq...

(Davam edəcək)

 

 abdin[email protected]

tofigabdin.com

 





07.10.2012    çap et  çap et