|
|
|
|
Açıq havada kiçik kafelərin işləməsi məsələsi müzakirə ediləcək.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, karantin qaydalarının birdən-birə yumşaldılmasına getmək olmaz:
"Bunun ağır fəsadları ola bilər. Ona görə də nəticələr təhlil edilərək yumşaldılma üçün qərar verilir".