Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, nazir müavinləri səviyyəsində keçirilən iclasda İşçi qrupunun növbəti görüşü barədə razılıq əldə olunub.
Bildirilib ki, növbəti görüş Qazaxıstanda keçiriləcək. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaq.