"Həmsədrlərin iyun ayında İrəvana səfəri onlar üçün ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar".
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, danışıqların istiqaməti artıq bilinsə də, İrəvana səfərdən sonra həmsədrlər danışıqları hansı yollarla davam etdirməyi təklif edəcəklər:
"Həmsədrlərin bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar. Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir".
O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib.