Mayın 26-dan Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümü açılır.
APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
O deyib ki, ölkə ərazisində 2018-2019-cu illər üzrə ov mövsümünün başlanması ilə əlaqədar vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgüsü hazırlanıb.
İ. İbrahimova qeyd edib ki, qoruq ərazilərində ov etmək qadağandır: "Nazirlik tərəfindən qanun pozucularına qarşı sərt tədbirlər görüləcək".