https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

"Maşın şou" başladı

"Maşın şou" başladı

“M Group Production”ın təşkilatçılığı ilə “Maşın Şou”nun 16-cı mövsümü start götürüb.

Axşam.az xəbər verir ki, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edir.

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Xanımlar və cənablar 2" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq. 

Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

Aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, meyxanaçı Ələkbər Quliyev, blogger Hüseyn Əzizoğlu, Əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva.

Qeyd edək ki, şounun açılışını aparıcı Vüsalə Əlizadə edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.