|
|
|
|
İranın İstanbuldakı baş konsulluğuna "Molotof kokteyli" adlandırılan partlayıcı maddə atılıb. Hadisə sabat 07:30 radələrində baş verib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, "Molotof kokteyli" konsulluğun qapısına dəyib və yanğın başlayıb. Yanğın qısa müddətdə söndürülüb.
Hadisəni törətdiyi iddia edilən bir İran vətəndaşı saxlanılıb. Yazar olduğunu bildirən Cavad Bizhetap adlı şəxs ailəsinə və özünə İranda zülm edildiyi üçün bu hücumu həyata keçirdiyini bildirib