Azərbaycan Ordusunun əsgəri özünü silahla vurub.
APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü Toğrul Ələşrəf oğlu Quliyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ağır yaralanıb. Yaralı hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır. Yaralı əsgərin durumu ağır-stabil qiymətləndirilir