“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır və konstruktiv mövqe nümayiş etdirir”.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati jurnalistlərə açıqlamasında deyib.
R. Dati bildirib ki, Azərbaycan açıq və tolerant ölkədir: “Biz Azərbaycanın bu mövqeyini dəstəkləyirik”.
O, Avropa Parlamentinin son vaxtlar Azərbaycanla bağlı bəzi səhv qərarlar verdiyini də vurğulayıb: “Mən və mənimlə yanaşı, Avropa Parlamentinin bir çox üzvü bu qərarların əleyhinə olub”.