|
|
|
|
Prezident İlham Əliyev iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulanıb, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.