Dünən Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi açılıb.
Kitabxanadan bildirilib ki, "İsa Muğanna-90" adlı sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, ön söz yazdığı, redaktoru olduğu nəşrlər, tərcümə etdiyi əsərlər, yazıçı haqqında monoqrafiyalar, qəzet-jurnal materialları yer alıb.
Sərgi bir həftə davam edəcək.
ŞAHANƏ