|
|
|
|
ABŞ-ın Kaliforniya ştatı 3 yerə bölünə bilər.
APA-nın “Fox News”a istinadən verdiyi xəbərə görə, noyabrın 6-da bununla bağlı referendum keçiriləcək.
Kaliforniyanın bölünməsi ideyası investor Timotu Dreyperə məxsusdur. O, referendumun keçirilməsi üçün lazım olandan çox - 402 min imza toplayıb. Təklifə əsasən Kaliforniyanın mərkəzi, cənubi və şimali olmaqla, 3 hissəyə bölünməsi nəzərdə tutulur.
Lakin ştatda keçirilən rəy sorğusuna əsasən, əhalinin 72%-i bölünmənin əleyhinədir. Hətta referendumda təklif qəbul olunsa belə, bunun ştatın hökuməti və ABŞ Konqresi tərəfindən təsdiqlənməsi tələb olunur.